Treatment algorithm

Your Organisational Guidance

ebpracticenet urges you to prioritise the following organisational guidance:

Prévention de l’InfluenzaPublished by: Groupe de travail Développement de recommandations de première ligneLast published: 2018Preventie van influenzaPublished by: Werkgroep Ontwikkeling Richtlijnen Eerste Lijn (Worel)Last published: 2018

Please note that formulations/routes and doses may differ between drug names and brands, drug formularies, or locations. Treatment recommendations are specific to patient groups: see disclaimer

INITIAL

risk qruplarında qripə yoluxma

Back
1st line – 

antiviral preparatlarla profilaktika

Milli Səhiyyə və Tibb Xidmətinin Keyfiyyətli Təşkili İnstitutu aşağıdakıların hamısının olduğu hallarda qripin profilaktikası üçün ozeltamivir və zanamivirin təyinini tövsiyə edir:[129]

Ərazidə sirkulyasiya edən qrip virusunun qripəbənzər xəstəliyi olan şəxsdə infeksiyanın qrip virusu tərəfindən törədildiyini ehtimal etməyə əsas verəcək miqdarda olması.

Şəxsin risk qrupuna daxil olması.

Şəxsin qripəbənzər xəstəliyi olmuş xəstə ilə təmasda olması və 36 (zanamivir üçün) və ya 48 (ozeltamivir üçün) saat ərzində müalicəyə başlaya bilməsi.

Şəxsdə peyvənd vasitəsilə adekvat immunizasiyanın aparılmaması.

Risk qruplarına xroniki ağciyər (bronxial astma da daxil olmaqla) və ya ürək patologiyaları, şəkərli diabet, böyrək və ya qaraciyər patologiyası, xroniki nevroloji pozğunluqlar və ya immunosupressiyası olan xəstələr aiddir. Həmçinin, qocalar evi və ya uzunmüddətli baxım evlərində yaşayan xəstələr, 6-59 aylıq körpələr, 65 yaşdan yuxarı böyüklər, hamilə qadınlar və risk qrupuna daxil olanlara xidmət edən səhiyyə işçiləri və onlara qulluq edənlər aiddir.[104]

Randomizə edilmiş nəzarət olunan tədqiqatlar göstərmişdir ki, antiviral preparatlar qripəbənzər xəstəliyi olan şəxsin ailə üzvünə 48 saat ərzində təyin edildikdə kliniki qrip hallarının sayında azalma müşahidə edilir.[124]

Virus əleyhinə preparatlar mövsümi qrip simptomlarının davamiyyətini 1-2 gün azalda bilir, lakin kliniki olaraq qripdən fərqləndirilməsi mümkün olmayan digər virus infeksiyalarında simptomlara təsir etmir.[125]

Ozeltamivir böyüklərdə və bütün yaşlardan olan uşaqlarda təyin edilə bilər və qeyd edilən göstəriş üzrə uşaqlarda 10, böyüklərdə isə minimum 7 gün (6 həftəyə qədər) verilir. Yoluxma baş verdikdən sonra 2 sutka ərzində təyininə başlanılmalıdır.

Zanamivir bu göstəriş üzrə böyüklərdə və 5 yaşdan yuxarı uşaqlarda 28 gün təyin edilir və alovlanma başlandıqdan sonra 5 gün ərzində təyininə başlanılmalıdır.

Primary options

ozeltamivir: 3 aylıqdan 1 yaşa qədər uşaqlar: 3 mq/kq peroral, gündə 1 dəfə; ≥1 yaşlı və bədən çəkisi ≤15 kq olan uşaqlar: 30 mq peroral, gündə 1 dəfə; 15-23 kq: 45 mq peroral, gündə 1 dəfə; 23-40 kq: 60 mq peroral, gündə 1 dəfə; >40 kq və böyüklər: 75 mq peroral, gündə 1 dəfə

OR

zanamivir: ≥5 yaşlı uşaqlar və böyüklər: 10 mq (2 inhalyasiya), gündə 1 dəfə

More
ACUTE

böyüklər

Back
1st line – 

hərarətsalıcılar/ağrıkəsicilər

Başağrı, hərarət və əzələ ağrısının yüngülləşdirilməsi üçün hərarətsalıcılar/ağrıkəsicilər tövsiyə olunur.

Parasetamolla müqayisədə, ibuprofenin potensial ciddi ağırlaşmalar riski daha yüksəkdir. QSİƏP-lərdən bəzi ölkələrdə mövcud olan zaltoprofen və loksoprofenin, qrip də daxil olmaqla, yuxarı tənəffüs yollarının kəskin infeksiyası olan xəstələrdə istifadəsinin təhlükəsizliyi və faydalı olduğu təsdiqlənmişdir.[131]

Primary options

parasetamol: tələb olunduqda, hər 4-6 saatda bir dəfə 500-1000 mq peroral təyin edilə bilər, maksimal sutkalıq doza 4000 mq/sut

OR

ibuprofen: 200-400 mq peroral, tələb olunduqda hər 4-6 saatdan-bir, maksimum 2400 mq/gün

Back
Consider – 

virus əleyhinə terapiya

Additional treatment recommended for SOME patients in selected patient group

ABŞ-da XNPM tövsiyə edir ki, qripə şübhəli və ya ağır fəsadlaşması olan və ya proqressiv qrip xəstəliyi təsdiq olunmuş və həmçinin, kəskinləşmə riski yüksək olan şəxslərdə antiviral müalicə mümkün qədər erkən başladılsın.[107][108][109]ABŞ-da Qida və Dərmanlara Nəzarət Administrasiyasının neyraminidaza inhibitorlarını fəsadlaşmamış kəskin xəstəliklərin müalicəsi üçün tövsiyə etməsinə baxmayaraq, təlimatlarda bu preparatlar ağırlaşmış xəstəliklər zamanı və fəsadlaşma riski yüksək olan şəxslərin müalicəsi üçün tövsiyə olunur. Yerli qaydalar fərqlənə bilər və onlarla tanış olmaq lazımdır.[110] 

Müalicənin faydaları preparatların təyininə simptomlar meydana çıxdıqdan sonra ilk 24-30 saat ərzində başlandıqda maksimal olur.[124][126][127] Evidence A

Rezistent virus izolyatlarının yaranması ilə əlaqədar olaraq, hazırda XNPM mövsümi qrip virusu infeksiyasının müalicəsi göstəriş olduqda, bu məqsədlə M2 inhibitorlarının (yəni, amantadin və ya rimantadin) deyil, yalnız neyraminidaza inhibitorlarının (yəni, ozeltamivir, zanamivir və ya peramivir) təyinini tövsiyə edir.[115][107][124][133]

Ozeltamivir və zanamivir simptomlar başlandıqdan sonra 2 sutka ərzində təyin edilməli və kurs 5 gün təşkil etməlidir. Peramivir vahid doza şəklində, simptomlar başlandıqdan sonra 2 sutka ərzində venadaxili yeridilir.[107][108]Peroral və ya inhalyasion neyraminidaza inhibitorları qəbul edə bilməyən xəstələrə peramivir tövsiyə oluna bilər.

Virus əleyhinə preparatlar qrip virusu peyvəndinə əvəzedici deyil.

Ağırlaşmamış qrip infeksiyasına yoluxmuş, heç bir sistemli xəstəlik əlaməti olmayan hamilə qadınlarda zanamivir və ya ozeltamivir təyin oluna bilər.[108] Sistemli təsirlərinin azlığı ilə əlaqədar zanamivir ilk seçim variantı olaraq tövsiyə edilir, lakin hər iki dərman preparatı istifadə oluna bilər.

Südverən qadınlarda zanamivirlə müqayisədə, ozeltamivirə üstünlük verilir.

Primary options

ozeltamivir: 75 mq peroral, gündə 2 dəfə

OR

zanamivir: 10 mq (iki inhalyasiya) gündə 2 dəfə

OR

peramivir: 600 mq venadaxili, vahid doza şəklində

Back
Plus – 

genişspektrli antibiotik terapiyası

Treatment recommended for ALL patients in selected patient group

Antibiotiklər kəskin qripin müəyyən ağırlaşmaları, məsələn, pnevmoniya və ya sinusit zamanı təyin edilməlidir.

Antibiotiklərin seçilməsində istiqamətləndirici olaraq Qram boyama və əkmə nəticələrinə istinad edilməli, yaxud da, qripdən sonra ən çox rast gələn əksər bakterial patogenlərə (Streptococcus pneumonia, Staphylococcus aureus və ya Haemophilus influenzae) qarşı effektiv empirik antibiotiklər seçilməlidir.[130] Əgər xəstədə respirator distres yoxdursa və hemodinamik göstəricilər stabildirsə, müalicə ambulator şəraitdə aparıla bilər. Bununla belə, xəstənin stasionara yerləşdirilməsinə zərurət yarandıqda, bunu aşkar edə bilmək üçün diqqətli müşahidə və kontrol müayinələr tələb olunur.

Xinolonlar hamiləlik zamanı tövsiyə edilmir. Lakin bu kontingentdə sefalosporinlərin istifadəsi məqsədəuyğundur.

Müalicə kursu, adətən, 7-14 gün təşkil edir.

Primary options

seftriakson: 2 mq venadaxili, gündə 1 dəfə

OR

levofloksasin: 500 mq peroral/venadaxili, gündə bir dəfə, 7-14 gün; və ya 750 mq peroral/venadaxili, gündə bir dəfə, 5 gün

OR

moksifloksasin: 400 mq peroral/venadaxili gündə bir dəfə

Secondary options

sefotaksim: 1-2 q venadaxili, hər 6-8 saatdan-bir

OR

sefuroksim: 750-1500 mq venadaxili, 6-8 saatdan-bir

Back
Plus – 

oksasillin, nafsillin və ya vankomisin

Treatment recommended for ALL patients in selected patient group

İnfeksiyanın şübhə edilən etioloji amili Staphylococcus aureus olarsa, müalicəyə antistafilokok preparatı əlavə edilməlidir. Qrip xəstəsində döş qəfəsinin rentgenoqrafiyasında pnevmoniya əlamətlərinin həddən artıq qabarıq olması zamanı S. aureus infeksiyasına şübhə yaranmalıdır.

Əgər S. aureus infeksiyası təsdiq olunarsa, genişspektrli antibiotik terapiyası dayandırılmalı və müalicə oksasillin və ya nafsillinlə davam etdirilməlidir.

Əgər MRSA təsdiqlənərsə, genişspektrli antibiotik müalicəsi dayandırılmalı və yalnız vankomisinin qəbulu davam etdirilməlidir.

Primary options

oksasillin: 2 q venadaxili, 4 saatdan-bir

OR

nafsillin: 2 q venadaxili, 4 saatdan-bir

OR

vankomisin: 1000 mq venadaxili, 12 saatdan-bir

Back
Plus – 

genişspektrli antibiotik terapiyası

Treatment recommended for ALL patients in selected patient group

Mikrob əleyhinə preparatlarla müalicə olunan xəstədə 48-72 saat ərzində yaxşılaşmanın olmaması ilkin terapiyanın qeyri-adekvat olduğunu ehtimal etməyə əsas verir. Bu, adətən, infeksiyanın beta-laktam antibiotiklərinə rezistent mikroorqanizm (Haemophilus influenzae və dərmana rezistent Streptococcus pneumoniae) tərəfindən törədildiyini və beləliklə, amoksisillin/klavulanat və ya sefalosporin kimi beta-laktama həssas antibiotikə ehtiyac olduğunu göstərir.

Penisillinə allergiyası olan xəstələrdə azitromisin və ya klaritromisin istifadə edilə bilər. Lakin rezistent pnevmokok izolyatları bu terapiyaya yatımlı olmaya bilər.[134]

Amoksisillin və sefalosporinlər hamilə qadınlar üçün təhlükəsiz hesab edilir.

Primary options

amoksisillin: 500-875 mq peroral, 12 saatdan-bir, 7 gün

OR

amoksisillin/klavulan turşusu: 500-875 mq peroral, 12 saatdan-bir, 7 gün

More

Secondary options

sefdinir: 300 mq peroral, 12 saatdan-bir, 10 gün

OR

sefuroksim: 250-500 mq peroral, 12 saatdan-bir, 10 gün

Tertiary options

azitromisin: 500 mq peroral, gündə bir dəfə, 3 gün

OR

klaritromisin: 250-500 mq peroral, hər 12 saatdan-bir, 7 gün

uşaqlar

Back
1st line – 

hərarətsalıcılar/ağrıkəsicilər

Başağrı, hərarət və əzələ ağrısının yüngülləşdirilməsi üçün hərarətsalıcılar/ağrıkəsicilər tövsiyə olunur.

Parasetamolla müqayisədə, ibuprofenin potensial ciddi ağırlaşmalar riski daha yüksəkdir.

Reye sindromu riskinə görə aspirin 16 yaşadək uşaqlara təyin edilməməlidir.

Primary options

parasetamol: 10-15 mq/kq peroral, ehtiyac olduqda hər 4-6 saatdan-bir, maksimum 75 mq/kq/gün

OR

ibuprofen: 5-10 mq/kq peroral, tələb olunduqda hər 4-6 saatdan-bir ; maksimal sutkalıq doza 30 mq/kq/gün

Back
Consider – 

virus əleyhinə terapiya

Additional treatment recommended for SOME patients in selected patient group

ABŞ-da XNPM tövsiyə edir ki, qripə şübhəli və ya ağır fəsadlaşması olan və ya proqressiv qrip xəstəliyi təsdiq olunmuş və həmçinin, kəskinləşmə riski yüksək olan şəxslərdə antiviral müalicə mümkün qədər erkən başladılsın.[107][108][109]ABŞ-da Qida və Dərmanlara Nəzarət Administrasiyasının neyraminidaza inhibitorlarını fəsadlaşmamış kəskin xəstəliklərin müalicəsi üçün tövsiyə etməsinə baxmayaraq, təlimatlarda bu preparatlar ağırlaşmış xəstəliklər zamanı və fəsadlaşma riski yüksək olan şəxslərin müalicəsi üçün tövsiyə olunur. Yerli qaydalar fərqlənə bilər və onlarla tanış olmaq lazımdır.[110]

Müalicənin faydaları, preparatların təyininə simptomlar meydana çıxdıqdan sonra ilk 24-30 saat ərzində başlandıqda, maksimal olur.[124][126][127][128]

Rezistent virus izolyatlarının yaranması ilə əlaqədar hazırda XNPM mövsümi qrip virusu infeksiyasının müalicəsi göstəriş olduqda, bu məqsədlə M2 inhibitorlarının (yəni, amantadin və ya rimantadin) deyil, yalnız neyraminidaza inhibitorlarının (yəni, ozeltamivir və ya zanamivir) təyinini tövsiyə edir.[107][124][133]

Ozeltamivir və zanamivir simptomlar başlandıqdan sonra 2 sutka ərzində təyin edilməli və kurs 5 gün təşkil etməlidir. Peramivir 2 yaşından yuxarı və 2 günə qədər simptomları olan uşaqlara təyin edilə bilər.[107][108]Peroral və ya inhalyasion neyraminidaza inhibitorları qəbul edə bilməyən xəstələrə peramivir tövsiyə oluna bilər.

Virus əleyhinə preparatlar qrip virusu peyvəndinə əvəzedici deyil.

Mövsümi qrip əlamətləri olan bir yaşdan kiçik uşaqlar ozeltamivirlə müalicə edilməlidir.[108]

Primary options

ozeltamivir: vaxtından əvvəl doğulmuş körpələr: dozaya dair mütəxəssislə məsləhətləşin; <1 yaşlı uşaqlar: 3 mq/kq peroral, gündə 2 dəfə; ≥1 yaşlı və bədən çəkisi ≤15 kq olan uşaqlar: 30 mq peroral, gündə 2 dəfə; 15-23 kq: 45 mq peroral, gündə 2 dəfə; 23-40 kq: 60 mq peroral, gündə 2 dəfə; > 40 kq: 75 mq peroral, gündə 2 dəfə

OR

zanamivir: ≥7 yaşlı uşaqlar: 10 mq (2 inhalyasiya) gündə 2 dəfə

OR

peramivir: ≥2 yaşlı uşaqlar: 12 mq/kq venadaxili, vahid doza şəklində, maksimum 600 mq/doza

Back
Plus – 

genişspektrli antibiotik terapiyası

Treatment recommended for ALL patients in selected patient group

Antibiotiklər kəskin qripin müəyyən ağırlaşmaları, məsələn, pnevmoniya və ya sinusit zamanı təyin edilməlidir.

Antibiotiklərin seçilməsində istiqamətləndirici olaraq Qram boyama və əkmə nəticələrinə istinad edilməli, yaxud da, qripdən sonra ən çox rast gələn əksər bakterial patogenlərə (Streptococcus pneumonia, Staphylococcus aureus və ya Haemophilus influenzae) qarşı effektiv empirik antibiotiklər seçilməlidir.[130] Əgər xəstədə respirator distres yoxdursa və hemodinamik göstəricilər stabildirsə, müalicə ambulator şəraitdə aparıla bilər. Bununla belə, xəstənin stasionara yerləşdirilməsinə zərurət yarandıqda, bunu aşkar edə bilmək üçün diqqətli müşahidə və kontrol müayinələr tələb olunur.

Müalicə kursu, adətən, 7-14 gün təşkil edir.

Primary options

seftriakson: 50-75 mq/kq/gün, venadaxili

Back
Plus – 

oksasillin, nafsillin və ya vankomisin

Treatment recommended for ALL patients in selected patient group

İnfeksiyanın şübhə edilən etioloji amili Staphylococcus aureus olarsa, müalicəyə antistafilokok preparatı əlavə edilməlidir. Qrip xəstəsində döş qəfəsinin rentgenoqrafiyasında pnevmoniya əlamətlərinin həddən artıq qabarıq olması zamanı S. aureus infeksiyasına şübhə yaranmalıdır.

Əgər S. aureus infeksiyası təsdiq olunarsa, genişspektrli antibiotik terapiyası dayandırılmalı və müalicə oksasillin və ya nafsillinlə davam etdirilməlidir.

Əgər MRSA təsdiqlənərsə, genişspektrli antibiotik müalicəsi dayandırılmalı və yalnız vankomisinin qəbulu davam etdirilməlidir.

Primary options

oksasillin: 100-200 mq/kq/gün venadaxili, 6 saatdan-bir dozalara bölünməklə, maksimum 12 q/gün

OR

nafsillin: 50-200 mq/kq/gün venadaxili, 4-6 saatdan-bir dozalara bölünməklə, maksimum 12 q/gün

OR

vankomisin: 10-15 mq/kq venadaxili, 6 saatdan-bir, maksimal doza 2000 mq/gün

Back
Plus – 

genişspektrli antibiotik terapiyası

Treatment recommended for ALL patients in selected patient group

Uşaqlarda pnevmokok mənşəli kəskin orta otitlərin 80%-dən çoxunda yüksək dozalı amoksisillin terapiyası effekt verir.[135]

Mikrob əleyhinə preparatlarla müalicə olunan xəstədə 48-72 saat ərzində yaxşılaşmanın olmaması ilkin terapiyanın qeyri-adekvat olduğunu ehtimal etməyə əsas verir. Bu, adətən, infeksiyanın beta-laktam antibiotiklərinə rezistent mikroorqanizm (Haemophilus influenzae və dərmana rezistent Streptococcus pneumoniae) tərəfindən törədildiyini və beləliklə, amoksisillin/klavulanat və ya sefalosporin kimi beta-laktama həssas antibiotikə ehtiyac olduğunu göstərir.

Penisillinə allergiyası olan xəstələrdə azitromisin və ya klaritromisin istifadə edilə bilər. Lakin rezistent pnevmokok izolyatları bu terapiyaya yatımlı olmaya bilər.[134]

Primary options

amoksisillin: 80-100mq/kq/gün peroral, 12 saatdan-bir dozalara bölünməklə, 10 gün

OR

amoksisillin/klavulan turşusu: >3 aylıq uşaqlar: 80-100 mq/kq/gün peroral, bölünmüş dozalarla hər 12 saatdan-bir, 10 gün

More

Secondary options

sefdinir: >6 aylıq uşaqlar: 14 mq/kq/gün peroral, 10 gün

OR

sefuroksim: 30 mq/kq/gün peroral, 12 saatdan-bir dozalara bölünməklə, 10 gün

Tertiary options

azitromisin: >6 aylıq uşaqlar: 10 mq/kq/gün peroral birinci gün, sonradan 5 mq/kq/gün 4 gün; və ya 10 mq/kq/gün peroral, 3 gün; və ya 30 mq/kq/gün peroral vahid doza şəklində

OR

klaritromisin: >6 aylıq uşaqlar: 15 mq/kq/gün peroral, bölünmüş dozalarla hər 12 saatdan-bir, 10 gün

back arrow

Choose a patient group to see our recommendations

Please note that formulations/routes and doses may differ between drug names and brands, drug formularies, or locations. Treatment recommendations are specific to patient groups. See disclaimer

Use of this content is subject to our disclaimer