Case history
Your Organisational Guidance
ebpracticenet urges you to prioritise the following organisational guidance:
Prévention de l’InfluenzaPublished by: Groupe de travail Développement de recommandations de première ligneLast published: 2018Preventie van influenzaPublished by: Werkgroep Ontwikkeling Richtlijnen Eerste Lijn (Worel)Last published: 2018Case history #1
Qış aylarında 30 yaşlı qadında 2 günlük hərarət, öskürək, baş ağrısı və ümumi halsızlıq müşahidə olunur. Əlamətlərin qəfil başlanmasınadək xəstə özünü sağlam hiss etmişdir. Bu qış bir neçə dəfə virus xəstəliyinə yoluxmuşdur, lakin onların ağırlıq dərəcəsi indiki kimi olmamışdır. O, işdə xəstə şəxslərin olduğunu və bu mövsümdə qripə qarşı peyvənd olunmadığını bildirir.
Case history #2
Qış aylarında 12 aylıq körpə 2 günlük 38,9°C (102°F) hərarət, taxipnoe, konyunktivanın qızarması və aşkar ifrazatlı burun tutulması anamnezi ilə pediatrın qəbuluna gətirilir. Xəstədə iştahasızlıq və bir qusma epizodu müşahidə edilmişdir. Xəstənin yaşadığı ərazidə son vaxtlarda qrip infeksiyasının olduğu barədə məlumat vardır. Valideynlər uşaqda yumurtaya qarşı ağır allergiya səbəbindən onun peyvənd almadığından narahatdırlar.
Other presentations
Mövsümi qrip nadir hallarda yuxarı tərəffüs yollarının adi soyuqdəyməyə daha çox bənzəyən afebril xəstəliyi kimi, yaxud da respirator simptomların azlığı ilə səciyyələnən və əsasən hərarət və mialgiya ilə müşayiət olunan formada təzahür edə bilər.[2] Yüksək risk qrupuna aid (məs., xroniki ürək və ağciyər patologiyaları, şəkərli diabet, böyrək pozğunluğu, hemoqlobinopatiya, immunosupressiya, xroniki olaraq baxım mərkəzlərində yaşama, >50 yaş və ya hamiləliyin üçüncü trimestri) xəstələrdə ilkin viruslu və ya ikincili bakterial pnevmoniya təzahür edə bilər.[3] İlkin viruslu pnevmoniyanın səciyyəvi əlamətlərinə hərarətin davamlı olması və ya getdikcə proqressivləşməsi, təngnəfəsliklə və ya digər respirator distres vəziyyəti ilə müşayiət olunması aiddir.[4] Əgər simptomlarda ilkin yaxşılaşma müşahidə olunarsa, lakin daha sonra hərarətin qayıtması, produktiv öskürək və təngnəfəslik rast gələrsə, ikincili bakterial pnevmoniyaya şübhə yaranmalıdır. Döş qəfəsinin rentgen müayinəsində ağciyər infiltratları təsdiq olunur.[5][6]
Use of this content is subject to our disclaimer