Epidemiology

Your Organisational Guidance

ebpracticenet urges you to prioritise the following organisational guidance:

Prévention de l’InfluenzaPublished by: Groupe de travail Développement de recommandations de première ligneLast published: 2018Preventie van influenzaPublished by: Werkgroep Ontwikkeling Richtlijnen Eerste Lijn (Worel)Last published: 2018

Virusun antigen strukturunda dəyişiklik baş verməsi ilə əlaqədar mövsümi qrip infeksiyasının insidentliyi hər il dəyişir və bu səbəbdən də əvvəlki immunizasiyalar növbəti mövsümlərdə yoluxmadan qorumanı təmin edə bilmir. Ümumilikdə, güman edilir ki, bu xəstəlik hər il dünyada uşaqların 20%-i, böyüklərin isə 5%-də rast gəlir.[7] Uşaqlar arasında aparılmış tədqiqatlarda 19 yaşadək uşaqlar arasında 5 il ərzində orta illik insidentliyin 4,6 olduğu müəyyən edilmişdir. ABŞ-da 25 illik müddət ərzində 5 yaşadək uşaqlar arasında insidentlik 9,5% təşkil etmişdir.[7] Şimal yarımkürəsində mövsümi qripin fəallığı dekabrın sonu ilə mayın əvvəli arasındakı dövrdə, cənub yarımkürəsində isə may-sentyabr aylarında pik göstəricilərə çatır.

1918-ci ildən indiyədək dörd qrip pandemiyası baş vermişdir ki, bunlardan da ən sonuncusu 2009-cu ilin aprel ayında A tipli (H1N1) "donuz qripi" epidemiyası olmuşdur. 1957 və 1968-ci illərdə baş verən pandemiyaların hər ikisi həm insan, həm də quş qripinin yeni ştammları ilə törədilmişdir. Bununla belə, 2009-cu il pandemiyası insan, quş və donuz qripinin yeni gen kombinasiyası hesabına meydana gəlmişdir.[8]

2017-ci ildə Avstraliyada A qripi virusunun cəld mutasiya edən ştammı (H3N2) qeyd edilmişdir ki, bu ştamm 2009-cu ildə baş vermiş pandemiya zamanı ən çox xəstəlik sayı ilə əlaqədardır.[9] 2017-2018-ci il mövsümündə ABŞ-da qripin aktivliyi 2009-cu ildə H1N1 qrip pandemiyasından sonra ən yüksək səviyyəyə çatmışdır. CDC: FluView: weekly influenza surveillance report Opens in new window

2005-ci ildə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (XNPM) tədqiqatçıları 1918-ci ilə məxsus A qripi (H1N1) virusunu müvəffəqiyyətlə rekonstruksiya etmiş və onun virulentliyi haqqında daha yaxşı məlumat əldə edə bilmişlər. 1918-ci ildə pandemiya törətmiş virusun təbii mənbələrdən yenidən yaranması ehtimalı çox azdır və hətta əgər bu, baş versə belə, qalıq immunitet hesabına bu virus yeni ştamm hesab edilməyəcəkdir. Əgər nə vaxtsa laboratoriyadankənar şəraitdə təcrid oluna bilsəydi, hazırkı müalicə vasitələri bu virusa qarşı effektiv olardı (rimantadin və oseltamivir kimi antiviral preparatlar) və vaksin hazırlanması potensialı olardı. Belə ki, 1918-ci ilin virusuna aid hemaqqlütinin zülalının siçovullarda protektiv rol oynadığı müəyyən edilmişdir.[10]

Use of this content is subject to our disclaimer