Emerging treatments
Your Organisational Guidance
ebpracticenet urges you to prioritise the following organisational guidance:
Prévention de l’InfluenzaPublished by: Groupe de travail Développement de recommandations de première ligneLast published: 2018Preventie van influenzaPublished by: Werkgroep Ontwikkeling Richtlijnen Eerste Lijn (Worel)Last published: 2018Baloksivir marboksil
Baloksivir qrip virusunun replikasiyasını endonukleazanın inhibisiyasından asılı şəkildə ləngidən yeni peroral virus əleyhinə vasitədir. Bu vasitə 2018-ci ilin fevral ayında Yaponiyada A və ya B qriplərinin müalicəsi üçün razılaşdırılmışdır. 2018-ci ilin oktyabr ayında ABŞ-ın Qida və Dərmanlara Nəzarət Administrasiyası baloksivir marboksil preparatını 12 yaşdan böyük şəxslərdə simptomların başlanmasından sonra 48 saata qədər kəskin ağırlaşmamış qripin müalicəsi üçün birdəfəlik peroral preparat kimi təsdiq etmişdir. Ağırlaşmamış qripi olan (2016-2017-ci il mövsümündə) 12-64 yaşlı xəstələrin randomizə olunmuş III faza tədqiqatında baloksivirin bir dozası plasebo ilə müqayisədə, simptomların zəifləmə müddətini orta hesabla qısaltmış (80 saata qarşı 54 saat) və ozeltamivirə analoji olmuşdur. Baloksivir müalicənin başlanmasından 1 gün sonra virus yükünün, plasebo və ozeltamivirlə müqayisədə, daha əhəmiyyətli dərəcədə azalması ilə əlaqəli olmuşdur.[136]
İnyeksiyasız texnologiya
Qrip peyvəndinin yeridilməsi üçün iynəsiz şırnaq inyeksiyası iynə fobiyası və iynə ilə zədələnmə riskini aradan qaldırmağa kömək edə bilər.[137]
Kombinə olunmuş antiviral terapiya
Virusun həyat tsiklinin müxtəlif aspektlərinə təsir göstərən iki antiviral preparatın kombinə edilməsi monoterapiya üzərində üstünlük nümayiş etdirə bilər, lakin burada antiviral preparatların çeşidinin az olması məhdudiyyət təşkil edir.[138] Siçanlar üzərində aparılmış tədqiqatlarda ozeltamivir amantadinlə və ya favipiravirlə kombinasiya edildikdə,[139] terapevtik sinergizm nümayiş olunur.[140] Bir in vitro tədqiqat kombinəolunmuş amantadin və ozeltamivir terapiyasının dərmanarezistent A qripi viruslarının yaranması hallarını azalda biləcəyini ehtimal etməyə əsas verir.[141] Lakin bu zaman ehtiyatlılıq tələb olunur, belə ki, bir tədqiqatda ozeltamivir və zanamivirin kombinəolunmuş təyininin, ozeltamivir monoterapiyası ilə müqayisədə, daha az effektiv olduğu aşkar edilmişdir.[142]
Rekombinant sialidaza hibrid zülali DAS181.
Bu vasitə hazırda inkişaf mərhələsindədir, qrip virusunun özünü deyil, daha çox sahib orqanizmin respirator sistem hüceyrələrini, spesifik olaraq isə qrip virusu tərəfindən tənəffüs yollarının epitelinə yapışmaq üçün istifadə edilən sial turşusu reseptorlarını hədəfə alır.[138] DAS181 sialidaza hibrid zülalı olaraq, Actinomyces viscosus törədicisinin sialidazasının katalitik domeni ilə hüceyrə səthinə yapışmaq üçün istifadə olunan gen ardıcıllığının hibridləşdirilməsindən ibarətdir. İnhalyasiya olunan hibrid zülalı qrip virusunun tənəffüs epitelinə birləşməsi üçün tələb olunan reseptorları kənarlaşdırır. Bu günə kimi aparılmış tədqiqatlar in vitro şəraitdə A və B qripinə qarşı effektivlik göstərir,[105] və insan paraqrip virusuna qarşı in vitro və in vivo effektivlik.[143]
Sianovirin-N
Sianovirin-N zülal olaraq, in vitro şəraitdə A və B qripi viruslarının səthi zülalı olan hemaqqlütininlə qarşılıqlı əlaqəyə girir.[124] Virusun daxil olmasını bloklayaraq, virus əleyhinə xüsusiyyətlər göstərir,[138] lakin sonrakı inkişafa immunogenlik və sitotoksikliklə bağlı problemlər əngəl törədir. Yeni PEG-ləşdirilmiş sianovirin-N törəməsi ilə aparılmış ilkin tədqiqatlar isə müsbət nəticələr vermişdir.[144]
Qısamüddətli təsirə malik RNT-lər
Hazırda yalnız siçovullar üzərində öyrənilmiş olsa da, qrip geninin qorunan regionları üçün spesifik qısamüddətli təsirli RNT-lər venadaxili yeridilən zaman virusun replikasiyasını azaltmışdır. Nisbətən yeni tədqiqatlarda RNT müdaxiləsinin qamma interferon ilə birlikdə qrip virusu infeksiyasını ləngitməsi göstərilmişdir.[145]
Favipiravir
Virusun RNT polimeraza enzimini ləngidən əvəzolunmuş pirazindir.[138] In vitro və in vivo tədqiqatlarda virusun replikasiyasının ləngiməsi və həm amantadin, həm də neyraminidaza inhibitorlarına rezistent olan viruslara qarşı effektivlik müşahidə edilmişdir. Favipiravir H7N9 quş qripi virusu da daxil olmaqla, qrip virusunun bir çox ştammlarının replikasiyasını blokada edir.[146] Bundan əlavə, o, bir çox arena-, bunya-, flavi-, alfa-, pikorna- və noroviruslara qarşı aktivdir.
Viramidin
Ribavirin sələfi olan viramidin hüceyrə fermenti olan və virus RNT-sinin sintezində iştirak edən İMF-dehidrogenazanı hədəfə alır.[138] Mövsumi qrip və H5N1 viruslarına qarşı aktivdir[147] və venadaxili, peroral və ya aerozol şəklində istifadə oluna bilər.
DNT peyvəndi
Tərkibində müxtəlif mövsümi qrip virusu ştammlarından hemaqqlütinini ekspressiya edən üç plazmid olan üçvalentli DNT peyvəndi işlənib-hazırlanmışdır. O, qripə qarşı effektivlik və yaxşı təhlükəsizlik profili nümayiş etdirmişdir.[148] I faza kliniki sınaqda adyuvant birvalentli H5 DNT peyvəndlərinə tolerantlıq yaxşı olmuş və onlar tərəfindən induksiya olunan hemaqqlütinasiyanın ləngiməsi reaksiyası göstəriciləri inaktivasiya olunmuş zülal əsaslı H5 peyvəndlərinə analoji olmuşdur.[149] Nəticələr onu söyləməyə əsas verir ki, sürətli şəkildə istehsala imkan verən adyuvant DNT peyvəndləri pandemiyalara nəzarət üçün faydalı ola bilər.
VIS410
VIS410 monoklonal anticisimdir və o, A qripi virusunun bütün məlum ştamlarına istiqamətlənmək üçün hazırlanmışdır. O, hüceyrəyə birləşmək və ora daxil olmaq üçün istifadə olunan hemaqqlütininin spesifik izotopuna yönəldilmişdir. Bu preparat A qripi ilə hospitalizasiya olunan xəstələrin müalicəsi üçün hazırlanmaqdadır və hazırda sınaqların 2-ci mərhələsindədir.
Use of this content is subject to our disclaimer