Prognosis
Your Organisational Guidance
ebpracticenet urges you to prioritise the following organisational guidance:
Prévention de l’InfluenzaPublished by: Groupe de travail Développement de recommandations de première ligneLast published: 2018Preventie van influenzaPublished by: Werkgroep Ontwikkeling Richtlijnen Eerste Lijn (Worel)Last published: 2018Ağırlaşmamış mövsümi qrip infeksiyası
Mövsümi qrip, adətən, öz-özünə sağalan kəskin respirator xəstəlikdir, müxtəlif ştammlar yarandıqca hər il qış mövsümündə təkrar baş verir. İcmada gözlənilən 3 müxtəlif ştamma qarşı immunizasiya üçün illik qrip vaksinləri mövcuddur.[150] Əgər mövsümi qripə yoluxma baş verərsə, simptomlar başlandıqdan sonra 36-48 saat ərzində virus əleyhinə preparatların təyini xəstəlik günlərinin sayını 1-2 gün qısaldır və aşağı tənəffüs yolları tərəfindən ağırlaşmaları azaldır.[124]
Ağırlaşmış mövsümi qrip: viruslu pnevmoniya
Mövsümi qrip üzrə yüksək risk qrupunda hesab edilən xəstələrdə aşağı tənəffüs yollarının viruslu pnevmoniyasından ibarət ağırlaşma baş verə bilər. Bu zaman daha intensiv dəstəkləyici terapiya və ya hospitalizasiya tələb oluna bilər.
Ağırlaşmış mövsümi qrip: bakterial pnevmoniya
Xəstədə respirator xəstəliyin ilkin yaxşılaşması, daha sonra isə hərarət və öskürəyin qayıtması və produktiv olması mövsümi qrip infeksiyasının ağırlaşması olan bakterial pnevmoniyanın göstəricisi ola bilər. Bu zaman daha intensiv dəstəkləyici terapiya, müvafiq antibiotik terapiyası və/və ya hospitalizasiya tələb oluna bilər.
Use of this content is subject to our disclaimer