Approach
Your Organisational Guidance
ebpracticenet urges you to prioritise the following organisational guidance:
Prévention de l’InfluenzaPublished by: Groupe de travail Développement de recommandations de première ligneLast published: 2018Preventie van influenzaPublished by: Werkgroep Ontwikkeling Richtlijnen Eerste Lijn (Worel)Last published: 2018Xəstənin müalicəsində əsas məqsəd xəstəliyin ağırlıq dərəcəsi və simptomların davametmə müddətinin azaldılması, eləcə də, ağırlaşmaların qarşısının alınmasıdır. İctimai səhiyyə baxımından müalicənin məqsədi epidemik və ya pandemik vəziyyətlərin yaranmasına mane olmaq məqsədilə qrip alovlanmalarının qarşısının alınması və ya onlara nəzarət edilməsidir. CDC: Influenza (Flu) Opens in new window
Virus əleyhinə müalicə göstəriş olduqda, idealda onu şübhəli və ya laborator təsdiq edilmiş qrip zamanı ilk 48 saat ərzində təyin etmək lazımdır.
Müalicə qripin ağırlaşmaları riski yüksək olan şəxslər üçün tövsiyə edilir və ona simptomlar yarandıqdan sonra 48 saat ərzində başlanıla bilər. Simptomlar başlandıqdan 48 saat sonra əlamətlər davam edərsə, bu şəxslərdə müalicə nəzərdə tutula bilər.
Qripə görə hospitalizasiya olunmuş bütün xəstələrə antiviral müalicə təyin olunmalıdır.
Ağırlaşma riski yüksək olmayan xəstələrdə, əgər qripə şübhə yüksək olarsa və ya qrip təsdiq olunarsa, simptomlar başlandıqdan sonra 48 saat ərzində və xəstə xəstəliyin davametmə müddətini qısaltmağı arzu etdikdə anviral müalicə təyin oluna bilər.
Ağırlaşmalar istənilən xəstədə baş verə bilər, lakin yüksək risk qrupunda hesab edilən bəzi yarımqruplarda həssaslıq daha yüksəkdir. Risk qruplarına aiddir:[104]
Xroniki ağciyər (bronxial astma da daxil olmaqla) və ya ürək patologiyası olanlar
Şəkərli diabet, böyrək, qaraciyər patologiyaları, xroniki nevroloji vəziyyətlər və ya immunosupressiyalı xəstələr
Qocalar evi və ya xroniki baxım müəssisələrində olan xəstələr
6-59 aylıq uşaqlar
>65 yaşlı xəstələr
Hamilə qadınlar
Səhiyyə işçiləri və ya yüksək risk qrupunda olanlara qulluq edənlər.
Ağırlaşmamış qrip infeksiyası
Ağırlaşmamış qrip infeksiyası kəskin respirator infeksiyadır, A və B qripi virusları tərəfindən törədilir və adi əhalidə, adətən, öz-özünə sağalan xəstəlikdir.[105] Müalicə tənəffüs yolları infeksiyası ilə əlaqədar simptomlar üzrə dəstəkləyici xarakter daşıyır. Bunlara, adətən, hərarəti aradan qaldırmaq üçün antipiretik/analgetiklərin təyini və dehidratasiyanın qarşısını almaq məqsədilə maye qəbulunun artırılması aid olur. Bu simptomlar normada təxminən 1 həftə ərzində aradan qalxır, öskürək və yorğunluq daha uzun müddət davam edə bilər.[106]
Ağırlaşmış qrip infeksiyası
Qrip infeksiyası daha ağır və fəsadlaşmış formada baş verə bilər və bu hallar B tipli qrip virusu ilə müqayisədə, A tipində daha çox rast gəlir.
Yuxarı tənəffüs yolları infeksiyasının ağırlaşmalarına orta otit və bakterial sinusit aiddir. Aşağı tənəffüs yolları infeksiyasının ağırlaşmalarına ilkin viruslu pnevmoniya və ikincili bakterial pnevmoniya aiddir.
Qeyd edilən ağırlaşmaların müalicəsində daha intensiv dəstəkləyici terapiya tələb olunur ki, bu zaman da çox vaxt hospitalizasiya, antibiotik və/və ya antiviral preparatların təyini tələb olunur.
Ən yüksək hospitalizasiya göstəriciləri körpələr, >65 yaşlı şəxslər və xroniki patologiyaları olan xəstələr arasında təsadüf edir. Qripdən ölüm hallarının 90%-dən artığı >65 yaşlı xəstə qrupunda qeydə alınmışdır.[106]
Erkən qrip infeksiyasının antiviral müalicəsi
ABŞ-da XNPM tövsiyə edir ki, qripə şübhəli və ya ağır fəsadlaşması olan və ya proqressiv qrip xəstəliyi təsdiq olunmuş və həmçinin, kəskinləşmə riski yüksək olan şəxslərdə antiviral müalicə mümkün qədər erkən başladılsın.[107][108][109]ABŞ-da Qida və Dərmanlara Nəzarət Administrasiyasının neyraminidaza inhibitorlarını fəsadlaşmamış kəskin xəstəliklərin müalicəsi üçün tövsiyə etməsinə baxmayaraq, təlimatlarda bu preparatlar ağırlaşmış xəstəliklər zamanı və fəsadlaşma riski yüksək olan şəxslərin müalicəsi üçün tövsiyə olunur. Yerli qaydalar fərqlənə bilər və onlarla tanış olmaq lazımdır.[110]
Neyraminidaza inhibitorları (zanamivir, ozeltamivir və peramivir) A və B qripinə qarşı aktivdirlər.[111][112][107][113][114]Ozeltamivir və zanamivir normal sağlamlığa malik böyüklərdə qripin simptomlarına qarşı yüngül effektivlik nümayiş etdirir[115]
[ ]
və 2009-cu ildə baş vermiş A/H1N1 qripinin müalicəsində geniş istifadə olunmuşdurlar.[111][116][117][118] Bununla belə, ozeltamivirin istifadəsi və onun digər heç bir xəstəliyi olmayan böyüklər və uşaqlarda ağırlaşmaları azaldıb-azaltmadığı geniş müzakirələrin mövzusu olmuşdur.[111][119][120][121] Müşahidə tədqiqatlarında ozeltamivirin mövsümi qripdən hospitalizasiya olunmuş xəstələrdə ölüm göstəricisini azaltması nümayiş edilmişdir.[122] Metaanaliz nəticələri göstərmişdir ki, ozeltamivir böyüklər arasında qrip xəstələrində kliniki simptomların aradan qalxmasınadək keçən müddətdə cüzi azalma verir, lakin ürəkbulanma və qusma hallarının sayını artırır.[123]
M2 inhibitorları olan amantadin və rimantadin yalnız A qripinə qarşı effektivdirlər.
[ ]
[
]
Belə bir ümumi fikir vardır ki, amantadinə qarşı çarpaz rezistentlik yüksək olduğundan rimantadın birinci sıra müalicə preparatı kimi istifadə oluna bilər. Rezistent izolyatların sayının artması ilə əlaqədar, həkimlər mövsümi rezistentlik xüsusiyyətləri ilə bağlı yerli rəhbər orqanlarla məsləhətləşməlidirlər.[107]
Həm 12 yaşadək uşaqlarda, həm də böyüklərdə ozeltamivirin peroral və zanamivirin inhalyasion təyini zamanı, əgər təyinata simptomlar başlandıqdan sonra 48 saat ərzində başlanmışdırsa, qripin davametmə müddətinin azaldığı qeydə alınmışdır.[124][125]Müalicənin faydaları preparatların təyininə simptomlar meydana çıxdıqdan sonra ilk 24-30 saat ərzində başlandıqda maksimal olur.[124][126][127][128]
Ozeltamivir və zanamivir xəstələrə simptomların başlanmasından sonra ilk 2 gün ərzində və 5 gün müddətinə təyin edilməlidir. Peramivir vahid dozada yeridilir, o, həmçinin, simptomların meydana çıxmasından sonra ilk 2 gün ərzində təyin olunmalıdır.[107][108]Peroral və ya inhalyasion neyraminidaza inhibitorları qəbul edə bilməyən xəstələrə peramivir tövsiyə oluna bilər.
Böyüklərdə ozeltamivirə tolerantlıq, adətən, yaxşı olur, lakin uşaqlarda qusma törədir. Böyüklərdə respirator ağırlaşmaların azaldılması ilə əlaqədar ozeltamivirlə müqayisədə, zanamivirə dair sübutlar nisbətən azdır.
Ozeltamivirin istifadəsilə əlaqədar özünə xəsarət yetirmə və sayıqlama halları haqqında məlumatlar daxil olduqdan sonra 2006-cı ilin noyabrında onun təhlükəsizliyinə dair xəbərdarlıq məlumatları nəşr edilmişdir. Bu xəbərdarlıqda bildirilir ki, qrip xəstələri, xüsusilə uşaqlarda ozeltamivirin qəbulundan qısa müddət sonra özünə xəsarət yetirmə və sayıqlama riski artır və qeyri-adi davranış əlamətlərinin aşkarlanması üçün onlara diqqətli nəzarət olunmalıdır.
Ağırlaşmamış qrip infeksiyasına yoluxmuş, heç bir sistemli xəstəlik əlaməti olmayan hamilə qadınlarda zanamivir və ya ozeltamivir təyin oluna bilər.[108] Sistemli təsirlərinin azlığı ilə əlaqədar zanamivir ilk seçim variantı olaraq tövsiyə edilir, lakin hər iki dərman preparatı istifadə oluna bilər. Südverən qadınlarda zanamivirlə müqayisədə, ozeltamivirə üstünlük verilir. Mövsümi qrip əlamətləri olan bir yaşdan kiçik uşaqlar ozeltamivirlə müalicə edilməlidir.[108]
Yoluxmadan sonrakı antiviral kimyəvi profilaktika
Aşağıdakılar üçün nəzərdə tutulmalıdır:[108][129]
Qripin ağırlaşmaları riski yüksək olan xəstələrdə, əgər qrip vaksinasiyasından qısa müddət sonra, adekvat immun cavab formalaşanadək xəstəlik baş verərsə.
Peyvəndə əks-göstərişi olan şəxslər. Buraya yumurtaya qarşı anafilaksiya və ya vaksinin digər komponentlərinə qarşı allergiya, febril xəstəlik və ya daha əvvəl vurulmuş qrip vaksinindən sonra 6 həftə ərzində Giyen-Barre sindromunun inkişaf etməsi aid edilə bilər.
Peyvənd olunmamış, lakin məlum qrip alovlanması zamanı kəskin respirator simptomlar inkişaf edən xəstələr.
Qrip alovlanması zamanı qripin ağırlaşmalarının başvermə riski yüksək olan xəstələrlə yaxın təmasda olan peyvənd edilməmiş şəxslər.
Uzunmüddətli qulluq müəssisələri və ya qocalar evlərində yaşayanların hamısı, eləcə də, artıq peyvənd olunmuş şəxslər, əgər onların yaşadığı yerdə qrip alovlanması baş verərsə. [
]
Ölüm də daxil olmaqla, ağırlaşma riski yüksək olanlar. Bunlara immunokompromisli insanlar da aid ola bilər.
Vaksin çatışmazlığı səbəbindən peyvənd olunmamış şəxslər, əgər onlarda qripin ağırlaşmalarının inkişaf riski yüksək olarsa.
Həm ozeltamivir, həm də zanamivirin yoluxmadan qısa müddət sonra yoluxmuş şəxsə təyin edildikdə infeksiyanın profilaktikası üçün effektiv olduğu nümayiş etdirilmişdir.[124]
[ ]
Bir tədqiqatda müəyyən edilmişdir ki, mövsümi qripəbənzər xəstəlik əlamətləri olan ilkin xəstənin ailə üzvlərinə 48 saat ərzində ozeltamivirin peroral və ya zanamivirin inhalyasion təyini zamanı ailədaxili təmaslar arasında simptomlarla təzahür edən qrip hallarının sayında əhəmiyyətli azalma müşahidə edilir.[124]
Antibiotik müalicəsi
İkincili bakterial pnevmoniya mövsümi qripin əsas ağırlaşmasıdır və mövsümi qripdən bütün ölüm hallarının 25%-i onunla əlaqədardır.[5] Qrip koinfeksiyası baxımından pnevmoniyanın ən çox rast gələn törədicilərinə Streptococcus pneumoniae, Staphylococcus aureus və Haemophilus influenzae aiddir. Antibiotiklər bu törədicilərə qarşı yönəldilməlidir.[130]
Use of this content is subject to our disclaimer